“ABŞ şaddır ki, Dağlıq Qarabağa təbii qaz verilməsi bərpa olunub. Energetika infrastrukturunda fasilələr humanitar böhrana səbəb ola bilər".
Bu barədə gündəlik brifinqdə Dövlət Departamentinin nümayəndəsi Vedant Patel bildirib.
O, Vaşinqtonun Laçın dəhlizinin bağlanmasının ciddi humanitar nəticələri olduğu və sülh prosesini geriyə atdığı haqqında mövqeyini təsdiq edib.
"Biz dəhlizdə sərbəst hərəkəti mümkün qədər tez bərpa etməyə çağırırıq, bunun yolu danışıqlardan keçir", deyə o əlavə edib.
Vaşinton tərəflərin hələ də sülh müqaviləsini ilin sonuna qədər imzalamaqda maraqlı olduğunu düşünür? Bu suala cavabda Patel deyib ki, "müddət təyin etmək lazım deyil".
O qeyd edib ki, dövlət katibi Blinken bu məsələyə çox diqqət yetirir.