Kipr-Artsax parlamentlərarası dostluq qrupu Laçın dəhlizinin bağlanması ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, ““Yeni zorakılıq dalğası 2022-ci il dekabrın 12-də səhər saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin Rusiya “sülhməramlıları”nın reaksiyası olmadan Laçın dəhlizinə gedən yolu bağlaması ilə başlayıb”.
Bildirilib ki, Azərbaycanda Laçın dəhlizinin bağlanması ilə bağlı təbliğat hazırlıqlarına aylar əvvəl başlanılıb: “Aydındır ki, bu təxribat Dağlıq Qarabağı Ermənistan Respublikasından və dünyadan ayırmaq məqsədi ilə Azərbaycanın dövlət orqanları tərəfindən təşkil edilib”.
Bəyanatda vurğulanır ki, Dağlıq Qarabağ yaranmaqda olan ərzaq və humanitar böhranla üz-üzədir və bu vəziyyət 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə birbaşa ziddir. Ona görə də Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliyi kobud şəkildə pozur.
“Azərbaycanın davranışı Bakının Artsax və Syunik ermənilərinə qarşı soyqırımı davam etdirmək niyyətini ortaya qoyur”,-bəyanatda qeyd olunub.