Dekabrın 15-də ER müdafiə naziri Suren Papikyan ABŞ-ın ER-dəki fövqəladə və səlahiyyətli səfiri Lin Treysini ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Müdafiə naziri Azərbaycanın son hərbi təcavüzü nəticəsində cəbhə xəttində yaradılmış vəziyyəti səfirə təqdim edib.
Həmsöhbətlər ikitərəfli əməkdaşlıq, o cümlədən regional təhlükəsizliklə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Suren Papikyan son regional hadisələri, xüsusilə dekabrın 12-də Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanması və bunun nəticəsində yaranan ciddi humanitar çətinlikləri Lin Treysiyə təqdim edib.
Yaradılmış vəziyyətə beynəlxalq ictimaiyyətin müvafiq reaksiyasının vacibliyi vurğulanıb.
Suren Papikyan ABŞ-ın ER-dəki fövqəladə və səlahiyyətli səfiri Lin Treysinin gördüyü işləri yüksək qiymətləndirib, ona gələcək fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayıb.