Yunanıstan Xarici İşlər Nazirliyi Azərbaycanı Laçın dəhlizi ilə sərbəst hərəkəti təmin etməyə çağırıb.
“Yunanıstan Azərbaycan hakimiyyətini 9 noyabr 2020-ci il tarixli bəyanat uyğun olaraq, heç bir ilkin şərt olmadan Laçın dəhlizi ilə hərəkət və nəqliyyatın azadlığını və təhlükəsizliyini təmin etməyə çağırır. Yerli əhali çətinlik və əzabdan qorunmalıdır”, - deyə Yunanıstan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” mikrobloqunda deyilir.