Dekabrın 14-də ER xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə görüşüb.
Nazir Mirzoyan son regional hadisələri, xüsusilə dekabrın 12-dən Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanması, Dağlıq Qarabağın qaz təchizatının kəsilməsi və bunun nəticəsində yaranan ciddi humanitar çətinlikləri BMT baş katibinə təqdim edib və yaradılmış vəziyyətə beynəlxalq ictimaiyyətin konkret reaksiyasının vacibliyi vurğulayıb.
Erməni tərəfi həmçinin Azərbaycan tərəfindən Ermənistan Respublikasının suveren ərazilərinin işğalının davam etməsinə, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlərə toxunub.
Ararat Mirzoyan vurğulayıb ki, Azərbaycan güc və ya güc təhdidi, aqressiv ritorika və anti-erməni siyasətini davam etdirir və bununla da Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə zərbə vurur. Eyni zamanda, ER xarici işlər naziri Ermənistanın regionda sabitlik və sülhün bərqərar olmasına sadiqliyini bir daha təsdiqləyib.