Rusiya Laçin dəhlizinin bağlanmasından narahatdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.
“Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı qoşunları gərginliyi azaltmaq üçün fəal şəkildə işləyir. Biz yaxın gələcəkdə tam nəqliyyat əlaqəsinin bərpa olunacağını gözləyirik”, - deyə XİN ünmayəndəsi bildirib.
O xatırladıb ki, Laçin dəhlizi Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edir və Rusiya sülhməramlı qoşunlarının nəzarəti altındadır.
“2020-ci il noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən bəyanatın imzalanması zamanı tərəflər öz üzərinə müvafiq öhdəliklər götürüblər, bu öhdəliklərə ciddi əməl olunmalıdır. Mülki əhalinin həyatına problemlər yaratmaq yolverilməzdir”, - deyə
Rus sülhməramlılarına qarşı olan ittihamlara toxunan Zaxarova qeyd etdi ki, “biz onları yolverilməz və təsirsiz hesab edirik. Rusiya sülhməramlı kontingenti regionda sabitliyin təminatçısı kimi çıxış edərək, üzərinə düşən vəzifələri səmərəli şəkildə yerinə yetirir”.