Rusiya sülhməramlılarına qarşı təxribat xarakterli bəyanatlarla məşğul olanları buna son qoymağa çağırırıq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.
Azərbaycanın Rusiyaya göndərdiyi nota ilə bağlı sualı cavablandıran Zaxarova söhbətin nədən getdiyini aydınlaşdıracağını vəd edib.