ER baş naziri Nikol Paşinyan öz “Twitter” mikrobloqunda Laçın dəhlizinin bağlanması ilə bağlı paylaşım edib.
“Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanması 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır, çünki bəyanatın 6-cı bəndinə əsasən, dəhliz Rusiya Federasiyasının sülhməramlılarının nəzarəti altındadır və Azərbaycan vətəndaşların, nəqliyyatın və malların hərəkətinin təhlükəsizliyinə zəmanət verməlidir”- deyə baş nazir yazıb.