ABŞ Senatı (Konqresin Yuxarı Palatası) Kristina Kvinin Ermənistana səfir təyin olunmasını təsdiqləyib.
Kvin, 2019-cu ildən ABŞ-ın Ukraynada səfir işləyib. 2016-2019-cu illərdə rəsmi Vaşinqtonun Fransadakı səfirinin iqtisadi məsələlər üzrə müavini olub.
K.Kvin diplomatik xidmət ərzində ABŞ-ın Tailand, Böyük Britaniya, Avropa İttifaqı, Rusiya və Filippindəki diplomatik missiyalarında müxtəlif vəzifələrdə çalışıb.