Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşü ilə bağlı konkret razılaşma yoxdur. RİA Novosti-yə əsasən, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu məsələ ilə bağlı hələ də konkret razılaşmalar yoxdur. Eyni zamanda, siz bilirsiniz ki, Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi sammiti planlaşdırılır, onun çərçivəsində onların çıxış etmək imkanı olacaq”, - deyə Peskov bildirib.