Dekabrın 14-də ER Xarici İşlər Nazirliyində ER xarici işlər nazirinin vəzifəsini icra edən Mnatsakan Safaryan və ER xarici işlər nazirinin müavini Vahe Gevorqyanın Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq strukturların nümayəndələri ilə görüşü olub.
Görüşdə xarici diplomatlara dekabrın 12-dən Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yolun - Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanmasının yaratdığı humanitar vəziyyət təqdim olunub.
ER xarici işlər nazirinin səlahiyyətlərini icra edən Mnatsakan Safaryan çıxışında qeyd edib ki, son günlər Azərbaycanın hərəkətləri, o cümlədən Laçın dəhlizində bir sıra oxşar hadisələr, atəşkəs rejiminin davamlı şəkildə pozulması, Dağlıq Qarabağa qazın tədarükünün dayandırılması açıq-aydın göstərir ki, Laçın dəhlizinin bağlanması Azərbaycan hakimiyyəti tərəfindən əvvəlcədən planlaşdırılıb və Dağlıq Qarabağda humanitar böhran yaratmaq məqsədi daşıyır.
Dağlıq Qarabağda humanitar fəlakətin və Artsax ermənilərinin etnik təmizlənməsinin qarşısının alınması vasitəsi kimi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın hərəkətlərinə məqsədyönlü reaksiya verilməsinin zəruriliyi vurğulanıb.
Mnatsakan Safaryan həmçinin Azərbaycanın silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılmasının, eləcə də 44 günlük müharibənin yaratdığı humanitar problemlərin, o cümlədən Azərbaycanda qanunsuz saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasının vacibliyini vurğulayıb.