Laçın dəhlizinin bağlanmasının ağır humanitar nəticələri var və sülh prosesini geridə qoyur. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Twitter mikrobloqunda bildirib.
“Biz Azərbaycan hökumətini dəhlizdə sərbəst hərəkəti bərpa etməyə çağırırıq. İrəliyə gedən yol danışıqlardır. Enerji infrastrukturunun hər hansı bir şəkildə dayandırılması, biz isə enerji infrastrukturunun dayandırılması ilə bağlı mesajları gördük, xüsusilə qış aylarında humanitar böhranı daha da gücləndirə bilər. Dağlıq Qarabağın mülki əhalisinə bu yolla zərər vurmaq yolverilməzdir”,- deyə o yazdı.