ABŞ Konqresinin Erməni məsələləri üzrə Komitəsi, komitənin həmsədri Frank Pallon, konqresmenlər Ceki Spier, Qus Bilirakis və Adam Şiff Azərbaycanın Dağlıq Qarabağdakı hərəkətlərini pisləyən bəyanat yayıb.
“Biz Azərbaycanın Dağlıq Qarabağdakı təcavüzkar hərəkətlərini pisləyirik. Ermənilərin həyatını təhdid edərək, sərbəst şəkildə Azərbaycan xalqının etiraz aksiyası keçirməsinə icazə verilməsi narahatlıq doğurur. Laçın dəhlizini bağladılar və çox güman ki, bu, koordinasiya edilmiş şəkildə Artsaxın əksəriyyətini ərzaq, dərman, nəqliyyat və digər zəruri mallarla təmin etmək üçün yeganə yolu bağlamaq məqsədi daşıyır”.
Qeyd olunur ki, Azərbaycan bu ilin martında olduğu kimi bu ərazidə mülki əhali üçün təbii qazın əsas mənbələrindən birini kəsərək on minlərlə insanı istiliksiz qoyub.
Bəyanatda deyilir ki, beləcə Azərbaycan bir daha kritik infrastrukturu silaha çevirir və Dağlıq Qarabağda yaşayan ermənilər üçün humanitar böhran yaradır.
“Biz ABŞ-ı və avropalı tərəfdaşlarımızı Azərbaycanın yaratdığı uydurma böhranı dayandırmaq, ATƏT-in Minsk Qrupu və digər çoxtərəfli sülh prosesləri vasitəsilə Əliyevi yenidən danışıqlar masasına oturtmaq üçün əllərində olan bütün diplomatik vasitələrdən istifadə etməyə və Artsax xalqının bu prosesdə iştirakını təmin etməyə çağırırıq”.