Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.
İclasda TŞ üzvlərindən başqa, respublika prezidenti Vahagn Xaçaturyan, parlamentin sədri Alen Simonyan, baş nazir administrasiyasının rəhbəri Arayik Harutyunyan, “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan da iştirak ediblər.
İclas zamanı regionda baş verən proseslər, xüsusilə Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.