Artsax Respublikasının Parlamenti Artsax xalqını təhdid edən humanitar fəlakətin qarşısının alınması ilə bağlı bəyanatla çıxış edib.
“Azərbaycanın sözdə ekoloqları və jurnalistləri beynəlxalq hüququn bütün normalarını, eləcə də Dağlıq Qarabağda bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarını pozaraq, dünən, dekabrın 12-də Stepanakert-Goris yolunu bağlayıb.
9 noyabr 2020-ci il tarixindən sonra Azərbaycan imzaladığı Üçtərəfli bəyanatına məhəl qoymayaraq, Artsax Respublikasının bir çox ərazilərini qeyri-qanuni olaraq işğal edib, müntəzəm olaraq erməni yaşayış məntəqələrini atəşə tutub, dinc əhalini qətlə yetirib və terrora məruz qoyub, onların normal həyatını hər cür pozub.
Ekoloqların iddiaları və hərəkətlərnini ciddi əsasları yoxdur, çünki son 30 ildə heç bir ekoloji təhlükə qeydə alınmayıb.
Artsax Respublikasının Parlamenti qeyd edir ki, Azərbaycanın hərbi və siyasi hakimiyyətinin bu cür hərəkətləri, beynəlxalq öhdəliklərin, beynəlxalq hüququn prinsip və normalarının kobud şəkildə pozulması, Artsaxı humanitar böhranla təhdid edir.
Ermənistan Respublikasının hakimiyyət orqanları Artsax Respublikası ilə Ermənistan Respublikası arasında quru əlaqəni bərpa etmək və Artsax Respublikası vətəndaşlarının hüquqlarını qorumaq üçün obyektiv və təsirli addımlar atmağa məcburiyyətindədir.
9 noyabr 2020-ci il tarxli üçtərəfli bəyanatının tərəfi kimi və regionda sülhün və sabitliyin təminatçısı olan Rusiya Federasiyasından Azərbaycanın ekstremist iddialarının qarşısını almaq üçün təcili tədbirlər görsün.
Biz beynəlxalq təşkilatları və BMT-yə üzv dövlətləri Azərbaycanın soyqırım siyasətini pisləməyə, qarşısının alınması məqsədilə əməli addımlar atmaq üçün təcili olaraq BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağa çağırırıq.
Mübarizəmiz davamlıdır, doğma torpağımızda yaşamaq əzmi sarsılmazdır”,- bəyanatda qeyd olunub.