Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekbarın 14-də ABŞ-a səfər edəcək.
Bu barədə ER Xarici İşlər Nazirliyinin sözçüsü məlumat verib.
O, Hindistanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində Nyu-Yorkda keçiriləcək “İslah edilmiş çoxtərəfliliyə yeni istiqamət” adlı nazirlər görüşündə iştirak edəcək.
A.Mirzoyanın həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.