Azərbaycan, Türkiyə və Türkmənistan arasında keçiriləcək birinci üçtərəfli sammit ərəfəsində bu gün Avaza Milli Turizm Zonasında keçirilən görüşdə üç ölkənin müvafiq qurumlarının rəhbərləri enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Məlumata görə, gözlənilir ki, Türkmənistan, Azərbaycan və Türkiyə dövlət başçılarının qarşıdan gələn və bir sıra mühüm sazişlərin imzalanması ilə nəticələnəcək görüşü üçtərəfli tərəfdaşlığın strateji enerji sektorunda əlaqələrin inkişafına yeni təkan verəcək.
Türkmənistan, Azərbaycan və Türkiyənin müvafiq sektorlarının rəhbərləri nəqliyyat sahəsində dövlətlərarası əməkdaşlığın inkişafının aktual məsələlərini müzakirə ediblər.