ER Parlamentinin sədr müavini Ruben Rubinyan öz “Facebook” səhifəsində 9 noyabr bəyanatının 6-cı bəndini şərh edərkən yazıb:
“Yəni, dəhlizdə kontinqent toqquşmaların qarşısını almaq üçün Azərbaycan Ordusu ilə Dağlıq Qarabağ Müdafiə Ordusu arasında dayanmır, Ermənistanla Dağlıq Qarabağ arasında fasiləsiz əlaqəni təmin etmək üçün 5 km genişlikdə əraziyə birbaşa nəzarət edir.
Bəyanatda bildirilir ki, nə Dağlıq Qarabağ, nə də ER Laçın dəhlizinin onların nəzarətində olmadığı üçün orada heç bir funksiyası yoxdur.
Azərbaycanın da eyni səbəbdən dəhlizdə heç bir funksiyası yoxdur, lakin 1 öhdəliyi var:
“Azərbaycan Respublikası Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir”.
Başqa sözlə, Azərbaycan Rusiya sülhməramlı kontinqentinin nəzarəti altında olan ərazidən sərbəst gediş-gəlişi heç bir şəkildə təhlükəyə atmamaq (məsələn, yolu bombalamamaq və ya saxta ekoloqları ora yolu bağlamaq üçün göndərməmək) barədə öhdəlik götürüb.
Azərbaycan Laçın dəhlizini qanunsuz olaraq bağlamaqla bu öhdəliyi açıq şəkildə pozub. Nəticədə Rusiya sülhməramlı qoşunlarının dəhlizə nəzarət etmək öhdəliyi də pozulub.
Vəziyyətin həlli noyabrın 9-da bəyanatın 6-cı bəndinə uyğun olaraq istənilən vasitə ilə Rusiyanın sülhməramlı kontinqentinin Laçın dəhlizinə tam nəzarəti bərpa etməsidir.
P.S.
Mən AŞPA-nın siyasi və monitorinq komitələrinin sessiyalarında iştirak etmək üçün Parisdəyəm. Yaradılan vəziyyəti burada da müzakirə mövzusuna çevirəcəyəm”, - deyə Rubinyan yazıb.