Stepanakert-Şuşi dövlətlərarası yolu 6 saatdır bağlıdır. Bu barədə Artsax Daxili İşlər Nazirliyinin polisi məlumat yayıb.
“Azərbaycan beynəlxalq humanitar hüquqları pozaraq Artsaxda humanitar fəlakət yaratmağa çalışır. Aralarında azyaşlıların da olduğu yüzlərlə vətəndaş yolda qalıb.
Onların bir hissəsi Gorisə qayıdıb, Stepanakert-Şuşi zonasında saatlarla gözləyən vətəndaşlar isə yol polisi əməkdaşlarının müşayiəti ilə Stepanakertə köçürülüb.
Artsaxa tibbi ləvazimatların, dərmanların və səhhətində ciddi problemlər olan xəstələrin daşınması qeyri-mümkün olub.
Danışıqlar hələ də davam edir.
Vəziyyətin inkişafı ilə bağlı əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.