Sülh müqaviləsinin yalnız bir bəndi razılaşdırılıb. Bunu Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirdi.
“Rəsmi Yerevanla Bakı arasında sülh müqaviləsi layihəsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması razılaşdırılıb. Layihənin digər bəndləri üzrə dəqiq razılıq yoxdur”, - o qeyd edib.