Hüquqşünas Xalid Ağaliyevin Turana verdiyi məlumata görə, toplantıda Azərbaycanla bağlı Xədicə İsmayılova, Anar Məmmədli, Elçin Namazov Qruplarına daxil olan qərarların və Sarqsiyan Azərbaycana qarşı işi üzrə qərarın icra durumu müzakirə mövzusu olub.
AŞ NK bütün işlər üzrə qətnamələrini açıqlayıb.
Xədicə İsmayılova Qrupu ilə bağlı qətnamədə (sənədə keçid) Azərbaycan Baş Prokurorluğunun X.İsmayılovaya qarşı törədilmiş cinayət əməllərinin araşdırlması ilə bağlı istintaqı yenidən başlatmasından məmnunluq ifadə edilib. Sənəddə vurğulanır ki, jurnalistə qarşı yol verilən əməllərin bütün motivləri araşdırlmalı, bütün şahidlər lazımi qaydada dinririlməli, bütün digər ipucları izlənilməlidir.
Qətnamədə media qanunvericiliyinin keyfiyyətinə də toxunulur, yeni qəbul edilmiş “Media haqqında” qanunun dəyişdirilməli olduğu ifadə edilir.
AŞ NK-nin digər iki qətnaməsi Məmmədov Qrupu (Qətnməyə keçid)a və Namazov Qrupu (Qətnaməyə keçid) üzrə çıxarıb.
Məmmədov Qrupu işi üzrə sənəddə AİHM-in Novruzlu və Əzizov Azərbaycana qarşı qərarı nəzərə alınaraq, işə Ali Məhkəmənin Plenumunda yenidən baxılmasından, ərizəçilərə qarşı cinayət ittihamlarına xitam verilməsindən məmnunluq ifadə edilib.
AŞ NK hesab edib ki, bu qərarların fərdi aspektdə icrasında həll edilməmiş məsələ qalmayıb, qərarların icrasına nəzarətin qapadılmasına qərar verilib.
Komitə həmçinin, vurğulayıb ki, qrup işində yerdə qalan 7 ərizəçinin (Xədicə İsmayılova, Anar Məmmədli, İntiqam Əliyev, Qiyas İbrahimov, Bayram Məmmədov, Arif və Leyla Yunus) hər birininin məhkumluqları ləğv edilməli, cinayət qeydləri silinməli və onlara qarşı irəli sürülmüş cinayət ittihamlarının bütün digər nəticələri aradan qaldırılmalı, habelə, mülki hüquqlarının tam şəkildə bərpa edilməsi təmin olunmalıdır.
AŞ NK “Hakimiyyət orqanlarını Elçin Namazov və Xalid Bağırovun təxirəsalınmadan əvvəlki durumlarının bərpa edilməsinin (restitutio in integrum) təmin olunması üçün bütün lazımi tədbirləri görməyə çağırır”, sənəddə vurğulanır.