Erməni tərəfi təkid edir ki, Ermənistan və Azərbaycanın ikitərəfli gündəliyini ümumiləşdirən sənəd olmalı olan sülh müqaviləsi ilə Dağlıq Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi bir-birindən ayrılmalıdır.
Azərbaycan tərəfinin yanaşmaları prosesdə irəliləyişə imkan vermir.
“Vaşinqtonda müzakirələrimiz olanda beynəlxalq mexanizmin yaradılması ilə bağlı daha aydınlıq olub, biz məsələlərin ayrılmasına razılıq verdik. Amma beynəlxalq mexanizmlə bağlı aydınlıq olmayanda bu, Ermənistan tərəfinin sülh sazişi ilə bağlı irəliləyişini çətinləşdirir.
Ümumiəyətlə, Azərbaycanın yanaşması hansı ki, Qarabağ məsələsi həll olunub, bu məsələdə irəliləməyə heç bir şəkildə kömək etmir. Qarabağ məsələsi Azərbaycan tərəfi üçün “otaqdakı fil”ə çevrilib, yəni problem var, amma guya yoxmuş kimi göstərməyə çalışırlar”,- deyə oq eyd etdi.
Qriqoryan qeyd edib ki, Ermənistan tərəfi məsələlərin ayrılması istiqamətində işi davam etdirəcək.