ER Ombudsmanı Kristinne Grigoryan Soyqırımın Qarşısının Alınması Günü ilə bağlı mesaj göndərib.
Mesajda qeyd edilib ki, bu gün də dünyanın müxtəlif guşələrində soyqırım təhlükələri ilə bağlı həyəcan təbili çalınır.
“Müasir münaqişələr öz növbəsində yeni soyqırımlar üçün əlverişli mühit və şərait yaradır ki, bu barədə aydın siqnallar var. 2020-ci ildə Artsaxın mülki əhalisinə qarşı 44 günlük müharibə, ondan əvvəlki və ondan sonrakı hərəkətlər və ya bu ilin sentyabrında Azərbaycanın Ermənistana qarşı həyata keçirdiyi, mülki əhalini qorxutmaq aktları, təcavüz, etnik və dini nifrət ilə müşayiət olunan təcavüzü soyqırım niyyətlərinin ardıcıl əlamətləridir”- deyə vurğulanıb.
Erməistan Ombudsmanının mesajında qeyd edilib ki, etnik və dini, o cümlədən cinsi mənsubiyyətə söykənən nifrətin təbliği bu gün də Azərbaycan dövləti tərəfindən dövlət səviyyəsində təşviq edilir.