ER Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə özünü “ekoloq” kimi təqdim edən azərbaycanlılar məsələsinə toxunub.
Xatırladaq ki, onlar dekabrın 3-də Artsaxı Ermənistanla birləşdirən yolu bağlayıblar. Artsaxda yerləşən rus qoşunlarının komandanlığı onlarla danışıqlar apardı.
“Təbii ki, bu, təxribatdır, orada ekoloq görmək çox çətin olacaq, çünki hamıya aydındır ki, orada ekoloji problem yoxdur. Bu təxribatlar 9 noyabr bəyanatını pozur.
Laçın dəhlizi tamamilə Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğuna görə, təbii ki, noyabrın 9-da verdiyi bəyanata uyğun olaraq Laçın dəhlizinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər aparılır”, - deyə Grigoryan bildirib.