Fransa Respublikasında səfərdə olan Artsax Respublikasının Prezidenti Arayik Harutyunyanın başçılıq etdiyi nümayəndə heyəti Paris meri Ann İdalqo ilə görüşüb.
Görüşdə Artsax-Fransa münasibətlərinin inkişafı, Azərbaycan-Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.
Arayik Harutyunyan Ann Hidalqonun Artsax xalqının hüquqlarının müdafiəsinə, müstəqilliyin beynəlxalq səviyyədə tanınması uğrunda mübarizənin dəstəklənməsinə, eləcə də Azərbaycan tərəfindən işğal olunmuş ərazilərdə Artsaxın mənəvi və mədəni irsinin qorunmasına yönəlmiş səylərini yüksək qiymətləndirib.
Prezident həmçinin Artsax Respublikasının müstəqilliyinin tanınması haqqında qətnamənin lehinə səs verdikləri üçün Paris Şəhər Şurasının üzvlərinə təşəkkür etdi.
Bu kontekstdə Arstax Respublikasının Prezidenti Fransanın inzibati rayonları və şəhərləri ilə qeyri-mərkəzləşdirilmiş əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə əhəmiyyət verib.
Paris meri əmin etdi ki, Paris həmişə Artsaxın və Artsax xalqının yanında olacaq, onun öz müqəddəratını təyin etmək və dinc yaşamaq hüquqlarını müdafiə edəcək.