Ermənistan regionda dəmir yolunun inkişafı və daşımaların təşkili üçün dəmir yolunun bərpası işlərinə dərhal başlamağa hazırdır.
Bunu parlamentdə ER Baş naziri Nikol Paşinyan bildirib və qeyd edib ki, bizim qavrayışımız dəyişməzdir: “dəmir yolu və yollar Ermənistanın qanunvericiliyinə uyğun işləməlidir. Nə vaxt bu kağıza yazılsa, o andan işə başlamağa hazır olacağıq”.
Ancaq hazırda konkret nəticə yoxdur. Bunu parlamentdə XİN başçısı Ararat Mirzoyan da bildirib.
O qeyd edib ki, tərəflərin yanaşmaları bir çox məsələdə bir-birindən çox uzaqdır.