ER Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə Aİ-nin Ermənistandakı mülki missiyasının müddətinin uzadılması məsələsinə toxunub.
“Avropa İttifaqının vətəndaş missiyası Ermənistanda sabitləşdirici rol oynayır, bu mənada kifayət qədər effektivdir. Erməni tərəfi hesab edir ki, onlar regionda daha çox qalsalar, yaxşı olardı. Avropa paytaxtlarından da elə mesajlar var ki, bunu etmək istəyirlər”, - deyə Grigoryan bildirib.
Onun sözlərinə görə, Aİ tərəfindən belə bir addım olarsa, Ermənistan bunu alqışlayacaq.