Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Bişkekdə Aİİ-nin sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyini bildirib.
"Bir ikitərəfli görüş planlaşdırılır, bu, Ermənistanın baş naziri Paşinyanla görüşdür", - deyə Uşakov brifinq zamanı bildirib.
Qeyd edək ki, dekabrın 9-da Bişkekdə Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək.