Dekabrın 8-də ER xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, Dağlıq Qarabağ problemi ilə bağlı son hadisələr, o cümlədən sərhədlərin delimitasiyası prosesi və regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Ararat Mirzoyan Ermənistan tərəfinin regionda sülh və sabitliyin bərqərar olması mövqeyinə sadiq olduğunu qeyd edərək vurğulayıb ki, Azərbaycanın davamlı təxribat xarakterli hərəkətləri və ekspansionist ritorikası təhlükəsizliklə bağlı kövrək vəziyyətin gərginləşməsinə səbəb olur.
Həmsöhbətlər Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyətinə də toxunub və onun rolunu vurğulayıblar.