Ermənistan sülh sazişinin tezliklə imzalanması üçün bütün səylərini sərf edib. Gələn il də işi davam etdirəcəyik. Bunu ER Dövlət Şurasının katibi Armen Grigoryan Parlamentdə Milli jurnalistlərə verdiyi brifinqdə deyib.
“Azərbaycan Ermənistana sülh müqaviləsinin mətni verib. Erməni tərəfi həmin mətn üzərində işləyərək cavabını Azərbaycana verib və Vaşinqtonda görüş keçirilib. Vaşinqtonda müzakirələrdən sonra Azərbaycan həmin mətn üzərində işlədiyi variantı Ermənistana verib. Ermənistan indi işləyir, həmin mətnə öz əlavə və dəyişikliklərini edir, biz onu tezliklə Azərbaycana verəcəyik”, - deyə Grigoryan bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağ məsələsinin sülh müqaviləsi ilə həll ediləcəyi və ya ayrıca beynəlxalq mexanizmin yaradılması ilə bağlı hələlik yekun qərar yoxdur.
“Bilirsiniz ki, Vaşinqtonda mənimlə Azərbaycan prezidentinin köməkçisi arasında keçirilən görüşdən sonra Dağlıq Qarabağ və Azərbaycan arasında Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etmək üçün beynəlxalq mexanizmin yaradılması barədə razılıq əldə olunub. İndiyə qədər bu mexanizmlə bağlı heç bir aydınlıq yoxdur. Həmçinin, bizim bunu sülh sazişi ilə, yoxsa sülh sazişindən kənarda edəcəyimiz də aydın deyil”, - deyə Grigoryan qeyd edib.