Biz Brüsselin nəyin bahasına olursa-olsun Yerevanla Bakı arasında münasibətlərin normallaşması prosesinə müdaxilə etmək istəklərini bilirik. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa xarici işlər nazirinin Aİ-nin Ermənistandakı müşahidə missiyasının müddətinin uzadılmasının zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, avropalıların məqsədi regionda mövqelərini gücləndirmək və Rusiyanı çıxarmaqdır.
“Cənubi Qafqazda qeyri-regional amilin güclənməsinə müxtəlif, hətta diametral şəkildə əks yanaşmalar mövcuddur. Biz Bakı və Yerevanla bu məsələni mütəmadi olaraq müzakirə edirik. Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Aİ missiyasının mandatının uzadılması barədə qərar olarsa, biz bu inkişafı şərh edəcəyik”, - deyə Zaxarova qeyd edib.