Dekabrın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun MDB ölkələrinin səfirləri ilə görüşü olacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Dekabrın 12-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Müstəqil Dövlətlərin Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirləri ilə ənənəvi görüşü baş tutacaq", - Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının XIN başçısı keçən il MDB ölkələri ilə əməkdaşlığın nəticələrini ümumiləşdirəcək və Rusiya üçün prioritet istiqamətləri göstərəcək.