Parlament-Hökumətin sual-cavab sessiyası zamanı Parlamentin “Mülki müqavilə” fraksiyasının deputatı Sona Ğazaryan ER xarici işlər naziri Ararat Mirzoyandan ER-Azərbaycan sülh müqaviləsi ilə bağlı prosesin mərhələsi ilə maraqlanıb.
“Sülh və ya münasibətlərin nizamlanmasına yönəlmiş danışıqlar fəal mərhələdədir və davam edir”- deyə Mirzoyan qeyd edib.
Onun sözlərincə, indi Ermənistan Azərbaycan tərəfinin növbəti təkliflərini alıb və özü növbəti təkliflərlə çıxış edəcəyik.
“Təəssüf ki, bir çox məsələlərdə tərəflərin yanaşmaları hələ də bir-birindən çox uzaqdır, lakin danışıqlar məhz buna görədir ki, onlar uzaq mövqelər arasında ümumi dil tapıb ümumi nəticəyə gələ bilsinlər, yekun ümumi, ortaq nəticə əldə etsinlər. Hələlik danışıqlar davam edir”, - deyə Ararat Mirzoyan bildirib.
Ermənistan və Azərbaycan XİN başçıları arasında görüşün mümkünlüyünə gəlincə, Mirzoyanın sözlərinə görə, hazırda görüş nəzərdə tutulmur.
“Ancaq güman edirəm ki, ilin sonuna qədər daha bir görüşümüz olacaq. Hər halda, o görüşə hazırıq. Biz bu danışıqlarda fəalıq, konstruktivik. Mən əmin deyiləm ki, ilin sonuna qədər müqavilənin az-çox yekun variantının olması mümkün olacaq, baxmayaraq ki, biz bunu əvvəlcədən elan etmişik. Biz sülhə və bu hərtərəfli nizamlanmaya mümkün qədər tez nail olmaq üçün çalışırıq. İlin sonuna qədər baş verməsə belə, ondan sonra danışıqlar davam edəcək”- deyə ER XİN rəhbəri vurğulayıb.
Dekabrın 7-nə planlaşdırılan ölkə liderlərinin dördtərəfli görüşünün ləğvi ilə bağlı nazir bildirib ki, bu halda biz bir daha razılaşmanın müxtəlif şərhləri görürük.
“Bizim fikrimizcə, razılaşmaları təhrif edən Azərbaycan tərəfidir.
Oktyabrın 6-da Praqada baş nazir Paşinyan, Azərbaycan prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə dördtərəfli görüş keçirilib və orada növbəti görüşlə bağlı razılıq əldə olunub. Bundan sonra Azərbaycan tərəfi bu formatda keçiriləcək yeni görüşdə iştirakdan imtina edir. Hesab edirəm ki, bu, dağıdıcı addımdır. Hazırda liderlərin görüşünün təşkili yoxdur”, - deyə Ararat Mirzoyan bildirib.