Ermənistan tərəfi bu ay ərzində Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşəcəyini istisna etmir. Bunu ER parlamentinin sədri Alen Simonyan brifinqdə deyib.
“Harada olacağı ilə bağlı məlumat yoxdur, lakin biz hazırda sadəcə Brüsseldə görüşmək fikrində deyilik. Biz istənilən mənalı müzakirəyə hazırıq.
Bilirsiniz ki, dünən baş nazir müavinlərinin görüşü olub və növbəti görüşlə bağlı razılıq əldə olunub”, - deyə Alen Simonyan bildirib.