Dekabrın 3-də özlərini ekoloq kimi təqdim edən və Artsaxı Ermənistanla birləşdirən yolu bağlayan azərbaycanlılar bu gün İvanyan icmasında Artsaxda yerləşən Rusiya qoşunlarının komandanlığı ilə danışıqları davam etdiriblər.
Azərbaycan qrupundan 5 nəfər Rusiya sülhməramlıları ilə birlikdə qərargaha gedib, qalanları, eləcə də onları müşayiət edən azərbaycanlı jurnalistlər sülhməramlıların məsuliyyət zonasına buraxılmayıb.
Rusiyanın Artsaxdakı sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkov azərbaycanlı jurnalistlərin narazılığına cavab verərək, Rusiya sülhməramlılarının Azərbaycan mətbuatındakı mənfi yazılarını oxuduğunu bildirib və Azərbaycan mediasının hərəkətlərini “nüfuzdan salıcı” kimi qiymətləndirib. Azərbaycanlı jurnalistlər hadisə yerindən onlayn yayıma davam edərək, Rusiyanın sülhməramlı missiyasına qarşı bir sıra təxribat xarakterli bəyanatlar veriblər.