Fransa Milli Assambleyasında ölkənin xarici işlər naziri Ketrin Kolonna Aİ-nin Ermənistanda müşahidə missiyasının mandatının uzadılmasının zəruriliyini təsdiqləyib.
"Bu missiya həqiqətən sərhəddəki vəziyyətə nəzarət etməklə eskalasiya risklərini məhdudlaşdırır",-deyə Kolonna bildirib.
Xarici işlər naziri həmçinin Fransa və Avropa İttifaqının Ermənistana dəstəyini bir daha təsdiqləyib və sülhün bərqərar olması istiqamətində səyləri davam etdirəcəyinə söz verib.