Yerasx-Ordubad-Meğri-Horadiz dəmir yolunun yenidən açılması məsələsi müzakirə olunub. Bu barədə ER Baş naziri Nikol Paşinyan dünən Moskvada keçirilən Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun 11-ci iclasına toxunaraq “Parlament-Hökumət”in sual-cavab sessiyası zamanı deyib.
“Təəssüf ki, konkret nəticəmiz olduğunu deyə bilmərəm. Amma mən bir daha təsdiq etmək istəyirəm ki, ER həmin proqramın həyata keçirilməsinə hazırdır və maraqlıdır. Bizim təklifimiz qüvvədə qalır, Ermənistan dəmir yolunun bərpasına bir gün əvvəl başlamağa hazırdır. Biz öz fikirlərimizi əvvəllər də səsləndirmişik və razılaşan kimi dəmir yolunun bərpasına başlamağa hazırıq”, - deyə Nikol Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, dəmir yolu və avtomobil yolları ER qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlidir.