2023-cü ildə Dağlıq Qarabağa ayrılan kredit dəstəyinin məbləği 136 milyard dram təşkil edəcək. Bu barədə Ermənistanın maliyyə naziri Tiգran Xaçatryan bildirib.
Onun sözlərinə görə, bu məbləğ DQ-nin sosial-iqtisadi prioritetləri əsasında müəyyən edilib.
İlkin layihəyə əsasən, Dağlıq Qarabağa 144 milyard dram ayrılsa da, Qarabağ hökumətinin müraciəti nəticəsində 8 milyard dram daha əvvəl, yəni cari ildə ayrılacaq.