Dekabrın 5-də Nikaraqua Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş səfiri Alba Asusena Tores Mexia (iqamətgahı: Moskva) etimadnaməsinin surətini Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyana təqdim edib.
Görüş çərçivəsində həmsöhbətlər ikitərəfli gündəliyin inkişaf imkanlarına toxunub, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər həmçinin regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Paruyr Hovhannisyan Nikaraqua səfirinə sentyabrın 13-də Azərbaycanın Ermənistanın suveren ərazisinə törətdiyi genişmiqyaslı təcavüzün nəticələrini, o cümlədən Ermənistan-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesi barədə Ermənistan tərəfinin mövqeyini təqdim edib.