Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin bağlanmasına yardım etmək niyyətindədir.
“Biz nəqliyyat əlaqələrinin açılması və sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və ümumilikdə etimad tədbirlərinin gücləndirilməsində maraqlıyıq”, - Lavrov vurğulayıb.
Rusiya XIN başçısı qeyd etdi ki, bugünkü görüşün mühüm mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr aylarında əldə edilmiş üçtərəfli sazişlərin və bu ilin oktyabrında Soçi görüşündə imzalanmış sazişlərin icrası məsələsidir.