Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşündə 3+3 əməkdaşlıq formatı müzakirə olunub.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Lavrov Cənubi Qafqazda 3+3 əməkdaşlıq formatının müzakirə olunduğunu qeyd edərək vurğulayıb ki, bu formatda növbəti görüşün keçirilməsi planlaşdırılır.