Birləşmiş Ştatlar Ermənistan və Azərbaycana Cənubi Qafqazda dinc gələcək qurmaqda ciddi iştirak edib. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinq zamanı deyib.
O, dünən Ağ Evdə keçirilən görüşdə ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronun Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinə toxunub-daşımadığına münasibət bildirməyib.
“Biz Ermənistan və Azərbaycan arasında iki üçtərəfli görüş keçirdik. Dövlət katibi Blinken də tərəflərlə telefon əlaqəsi saxlayır. Son görüşdə xarici işlər nazirləri yaxın həftələrdə daha bir görüşün təşkili üçün danışıqları sürətləndirmək barədə razılığa gəliblər. Onlar nazirlərin görüşünə ev sahibliyi etdiyinə görə Amerika tərəfinə minnətdarlıqlarını bildiriblər. Biz, şübhəsiz ki, iki ölkə arasında dialoqun və konstruktiv atmosferin davam edəcəyinə ümid edirik, çünki biz iki ölkə arasında davamlı sülhə və məsələlərin həllinə aparan diplomatiyanı dəstəkləməyə davam edəcəyik”, – deyə Prays bildirib.