“Biz İspaniya parlamentində erməni problemlərinin qaldırılması ilə bağlı proseslərdə iştirak edirik. İspaniya Deputatlar Konqresi yekdilliklə Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə təcavüzünü pisləyən və əvvəlki mövqelərə qayıtmağa çağıran bəyanat qəbul edib”. Bunu dekabrın 2-də Ermənistana ikigünlük səfərə gəlmiş ispaniyalı deputat Con İnaritu Cermuka səfəri zamanı deyib.
Deputatı ER Parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı, Ermənistan-İspaniya dostluq qrupunun rəhbəri Tatevik Gasparyan müşayiət edib.
Parlamentin deputatları Azərbaycanın təcavüzündən zərər çəkmiş yerlərə baş çəkib.
İspaniyalı deputat qeyd edib ki, ölkəsinə qayıtdıqdan sonra Azərbaycanın müxtəlif çaplı silahlardan istifadə etməsi nəticəsində kurort şəhərciyinə dəymiş ziyanı və öz gözləri ilə gördüyü hər şeyi həmkarlarına təqdim edəcək.