Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Ermənistana ehtiyaclarının qiymətləndirilməsi missiyasının göndərilməsi təşkilatın mandatının kobud şəkildə pozulması adlandırıb.
“Konsensus olmadan Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatların açıq şəkildə pozulmasıdır”, - deyə Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyasında çıxış edərkən şikayət edib.
Onun sözlərinə görə, bu il Brüssel, Praqa və Soçidə keçirilən yüksək səviyyəli görüşlərdə hər iki tərəf suverenliyin, ərazi bütövlüyünün və bir-birinin sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınmasını təsdiqləyib. Bayramov əlavə edib ki, o, Ermənistanın xarici işlər naziri ilə üç dəfə dövlətlərarası münasibətlərə dair ikitərəfli razılaşmanın hazırlanmasını müzakirə etmək üçün görüşüb.