Dekabrın 1-də ATƏT-in Nazirlər Forumu çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.
Görüşdə ikitərəfli münasibətlərlə bağlı məsələlər, beynəlxalq platformalarda Ermənistan-Rumıniya qarşılıqlı fəaliyyətinin səviyyəsinin artırılması imkanları müzakirə edilib. ER-Aİ əməkdaşlığına da toxunulub.
Nazir Mirzoyan həmsöhbətinə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi, Dağlıq Qarabağ problemi ilə bağlı son inkişafları təqdim edib.
Ermənistan tərəfi sülh gündəminə sadiqliyini bir daha təsdiqləyərək, Azərbaycanın aqressiv bəyanatlarının və güc tətbiqi və güc tətbiq etmə hədəsinin təzahürlərinin qəbuledilməz olduğunu və əldə olunmuş razılaşmalara zidd olduğunu qeyd edib.
Ermənistan və Rumıniyanın xarici işlər nazirləri Aİ-nin müşahidə missiyasının fəaliyyətinə və ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyasının həyata keçirdiyi işlərə də toxunublar. Missiyaların fəaliyyəti yüksək qiymətləndirilib.