Dekabrın 1-də ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında iştirak etmək üçün Polşada səfərdə olan ER xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.
Nazir Mirzoyan həmsöhbətinə regiondakı kövrək təhlükəsizlik vəziyyətini təqdim edib və qeyd edib ki, Azərbaycanın davamlı təcavüzləri və aqressiv ritorikası beynəlxalq humanitar hüququn fundamental müddəalarını, BMT Nizamnaməsini və Helsinki Yekun Aktını kobud şəkildə pozur.
Ararat Mirzoyan Ermənistan tərəfinin sülh gündəmini irəli sürməyə hazır olduğunu vurğulayaraq qeyd edib ki, regionda təhlükəsizliyin bərqərar olunmasına əsas maneə Azərbaycanın ambissiyalı mövqeyi və problemləri gücdən tətbiqi və ya güc tətbiq etməklə hədələmək yolu ilə həll etmək istəkləridir.
ER xarici işlər naziri həmsöhbətə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı erməni tərəfinin yanaşmalarını təqdim edib.
Görüşdə ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyasının fəaliyyətinə də toxunulub.