ATƏT Nazirlər Forumu çərçivəsində Polşanın Lodz şəhərində səfərdə olan Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr Katibi (Xİ naziri) arxiyepiskop Paul Richard Galager ilə görüşüb.
Ararat Mirzoyan Pol Riçard Galagerin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib, Ermənistan tərəfinin mövcud gündəliyin daha da zənginləşdirilməsi üçün davamlı səylər göstərməyə hazır olduğunu bildirib.
Görüş zamanı ER XİN rəhbərinin oktyabr ayında Müqəddəs Taxt-taca səfəri zamanı əldə olunmuş razılaşmalarla bağlı məsələlər müzakirə olunub.
Nazir Mirzoyan həmsöhbətinə 44 günlük müharibə və Azərbaycanın Ermənistanın suveren ərazisinə son təcavüzü nəticəsində yaradılmış təhlükəsizlik vəziyyətini, mövcud humanitar problemləri təqdim edib.
Ermənistan tərəfinin sülh gündəmini irəli sürməyə sadiq olduğunu bir daha təsdiqləyən ER XİN rəhbəri qeyd edib ki, Azərbaycan öz döyüşkən ritorikası ilə regionda sülh və sabitliyin bərqərar olmasına mane olur.