ER hüquq müdafiəçisi Kristinne Qriqoryan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiəçi sərhəd icmalarında yaşayan insanların, ən həssas qrupların, hərbi əsir və itkin düşmüş şəxslərin ailələrinin problemlərini təqdim edib.
Qriqoryan səfirin sualına cavab olaraq qurumun Ermənistanda yaşayan milli azlıqların problemlərinin həlli istiqamətində gördüyü işlərdən ətraflı danışıb.
Mülki əhalinin hədəf alınması və qeydə alınmış müharibə cinayətləri ilə bağlı Ombudsman Aparatının son təcili hesabatları təqdim edilib. Sentyabrın 13-14-də Azərbaycan tərəfindən əsir götürülmüş və sonra vətənə qaytarılmış hərbi əsirlərin müsahibələri əsasında hazırlanmış qeyri-ictimai hesabatının faktlar və nəticələrinə toxunulub.