Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya səfər edəcək.
Səfər dekabrın 4-6-dək davam edəcək. Nümayəndə heyətinin tərkibinə Ermənistan parlamenti sədrinin müavini Hakob Arşakyan, müdafiə və təhlükəsizlik üzrə komissiyanın sədri Andranik Koçaryan və “Şərəf duyuram” blokunun deputatı Tiqran Abrahamyan da daxildir.
Qeyd edək ki, Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının toplantısı keçiriləcək.