Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra tviterdə yazıb:
“Biz Ermənistanın xarici işlər naziri ilə regionda sülh quruculuğu və münaqişələrin sabit həllində irəliləyiş yollarını müzakirə etdik. Aİ bir daha Ermənistan və Azərbaycana münasibətlərinin normallaşdırılması prosesində yaxından dəstək verməyə sadiqdir”, - Borrel bildirib.